Şokoladlı qlazur
125 qram yarı-şirin və ya acı-şirin plitka şokolad (iri-iri doğranmış şəkildə);
60 qram kərə yağı (balaca-balaca doğranmış);
60 ml süd.
Şokolad və yağ istiyə davamlı bir qaba qoyulur. Qazanda süd qaynadılır, qaynayan kimi süd, şokolad və yağ olan qaba əlavə edilir. Ərzaqlar əriyib bir-birinə qarışanadək qaşıqla qarışdırılır.
Eklerin düzəldilməsi
Bişmiş ekler və krem və şokolad qlazuru hazır tutulur. Bişmiş eklerlər bıçaqla horizontal şəkildə iki yerə bölünür. Qapaq hissəsi şokolada batırılıb kənara qurumağa qoyulur. Qaşıq və ya qənnadı torbası vasitəsilə eklerin alt hissəsi kremlə doldurulur. Şokoladlı qapaq kremin üstünə yerləşdirilir, beləliklə, ekler hazır olur.
Şabalıd (şəkilli) peçenye Peçenyeni hazırlamaq üçün xammal və yarımfabrikatlar (Şəkil 3.13): kərə yağı - 200 qram; bişmiş yumurtanın sarısı - 6 ədəd; xama - 45 qram; şəkər tozu - 65 qram; vanilli şəkər - 10 qram; qabartma tozu - 10 qram; un - 200-250 qram; fındıq - 100-150 qram. Qlazur üçün: kərə yağı - 50 qram; süd - 65 qram; kakao - 39 qram; şəkər tozu - 200 qram. Bişmiş yumurta sarısı yağla qarışdırılır. Xama əlavə edilib qarışdırılır. Şəkər tozu və vanillin əlavə edilib qarışdırılır. Qabartma tozu və un əlavə edilərək xəmir yoğrulur (Şəkil 3.14). Xəmirdən qoz boyda xırda kündələr tutulur və azca yayılır (Şəkil 3.15). |