Qazana süd, şəkər tozu, vanil və duz qoyulur. Orta odda qaynamağa başlayanadək bişirilir. Dərin qabda yumurta sarısı, nişasta və qalan şəkər tozu mikserlə çalınır. Dəyanmadan yavaş-yavaş qaynar süd bu qarışığa əlavə edilir və ərzaqlar qarışanadək yaxşıca qarışdırılır. Alınan kütlə qazana geri əla edilir və orta odda fasiləsiz olaraq taxta qaşıqla qarışdırıla-qarışdırıla təxminən 2-4 dəqiqə və yaxud qatılaşanadək bişirilir. Qatılaşmış kütlə dərin qaba boşaldılır. Üzərinə kərə yağı əlavə edilib mikserlə təxminən 5 dəqiqə ərzində çalınır. Bu müddət ərzində kərə yağı əriməli, kütlə isə bir qədər soyumalıdır. Kremin üstü sellofanla örtülür. Soyuducuda ən azı 2 saat müddətində saxlanılır. Bu krem soyuducuda 2 günədək xarab olmadan saxlanıla bilər (Şəkil 3.11). |
Xəmir
(16 ədəd ekler üçün)
125 qram süd;
125 qram su;
115 qram kərə yağı (8 parçaya bölünmüş);
1/4 çay qaşığı şəkər tozu;
1/4 çay qaşığı duz;
140 qram əla növ un;
5 ədəd iri yumurta (otaq temperaturunda).
Qazana süd, su, kərə yağı, şəkər tozu və duz qoyulub qazın üzərində normal xodda qaynadılır. Qaynadığı an od bir az azaldılır, unun hamısı əlavə edilib kütlə taxta qaşıqla fasiləsiz qarışdırılır və kütlə yavaş-yavaş xəmirə çevrilir. Təxminən 2-3 dəqiqə ərzində qarışdırılır. Yumşaq və hamar xəmir alınır. Xəmir iri qaba qoyulur. Yumurtalar bir-bir üzərinə qırılır, hər əlavədən sonra mikserlə yaxşıca çırpılır ki, yumurtalar xəmirə qarışsın. Xəmiriniz hazırdır. Hazır xəmir aşağıdakı kimi olmalıdır (Şəkil 3.12). |
Xəmir isti ikən bişirilir. Bunun üçün əvvəlcə soba 19oC-dək qızdırılır. Sonra isə soba listininin dibinə kalka kağızı sərilir. İri qənnadı torbası isti xəmirlə doldurulur. Torbadan listin üzərinə bir-birindən 5 sm aralı təxminən 11 sm uzunluqda “barmaqlar” sıxılır. List sobanın orta təbəqəsinə yerləşdirilib eklerlər təxminən 20 dəqiqə ərzində bişirilir. Bişmiş eklerlər şişir və üzəri bir qədər qızarır. Eklerlərin arasına krem doldurulmazdan əvvəl onlar ən az 1 saat ərzində kənarda soyudulur.