Xəmir 60 qramlıq hissələrə ayrılır və yumrulanıb üzərindən basılaraq formaya salınır və bişmə kağızı qoyulmuş siniyə düzülür (Şəkil 3.9). |
||
Peçenyeləri düzərkən ara məsafəsi qoymaq lazımdır, əks halda peçenyelər yayılıb bir-birinə yapışa bilər. Siniyə düzülmüş peçenye 180 dərəcə qızdırılmış sobaya qoyulur. 18 dəqiqədən sonra ortası hələ də sanki tam bişməmiş və yumşaq, kənarları isə qızarmış və xırçıldayan olanda tam bişmişdir (Şəkil 3.10). |
Ekler
Ekler 3 elementdən ibarətdir:
Elementlər bir-bir hazırlanaraq ekler hazırlanır. Əvvəlcə krem hazırlanır (krem 2 gün əvvəldən də hazırlana bilər).
Krem
(16 ekler üçün)
280 ml. süd;
100 qram şəkər tozu;
10 qram vanil ekstraktı (əvəzində, bir çimdik vanilindən də istifadə edə bilərsiniz);
Bir çimdik duz;
4 yumurta sarısı;
65 qram qarğıdalı nişastası;
25 qram kərə yağı (balaca-balaca doğranmış halda).