Kövrək xəmir qalınlığı 5 millimetr olan lay şəklində açılır (Şəkil 3.5). Laya yumurta çəkilir və soyudulmuş kövrək ovuntular səpilir. Çəkilmiş yağ quruyandan sonra yumru formalı basma qəliblə diametri 4 santimetr olan yarımfabrikatlar kəsilir (Şəkil 3.6). Quru listlərin üzərində 230-240oC temperaturda 8-10 dəqiqə ərzində bişirilir. Kövrək ovuntuların hazırlanması üçün xəmirin 1/10 hissəsi azca unla qarışdırılır, soyudulur və seyrək ələkdən keçirilir. Peçenyenin keyfiyyətinə qoyulan tələblər aşağıdakılardır:
“Limonlu” peçenye 1000 qram peçenyenin hazırlanması üçün lazım olan xammal və yarımfabrikatlar: un - 586 qram, o cümlədən, səpmək üçün - 37 qram; şəkər - 311 qram; üzlü süd - 55 qram; kərə yağı - 165 qram; yumurta - 82 qram; soda - 1 qram; amonium - 1 qram; limon cövhəri - 1 qram; bal - 14 qram. Kövrək desert xəmiri hazırlanır. Xəmirin tərkibi plastik olmalıdır. Xəmir qalınlığı 5 millimetr olan lay şəklində açılır və diametri 40 millimetr olan yumru basma qəliblə yarımfabrikatlar kəsilir. Yarımfabrikatlar quru qənnadı listlərində 230-2400C temperaturda 10-12 dəqiqə ərzində bişirilir (Şəkil 3.7). Xırçıldayan şokoladlı peçenye Peçenyenin hazırlanması üçün lazım olan xammal və yarımfabrikatlar: un - 50 qram; kərə yağı - 250 qram; şəkər tozu - 100 qr; 3 yumurtanın sarısı; vanil - 4 qram; dəniz duzu - 2 qram; qabartma tozu - 5 qram; tünd şokolad - 250 qram. Yağ, şəkər, vanil və yumurta sarıları qarışdırılır. Başqa qabda un, duz və qabartma tozu qarışdırılır. Yağlı qarışım və şokolad unla qarışdırılır (Şəkil 3.8). |