Yarımfabrikatlar quru qənnadı listinin üzərinə qoyulur və bıçağın ucu ilə ağac yarpağının damarlarını xatırladan konturlar çəkilir (Şəkil 3.2). Yarımfabrikatlar sobada 230-240 dərəcə temperaturda 8-10 dəqiqə ərzində bişirilir (Şəkil 3.3). Peçenyenin keyfiyyətinə qoyulan tələblər aşağıdakılardır:
“Yumru” peçenyesi 1000 qram peçenyenin hazırlanması üçün lazım olan xammal və yarımfabrikatlar: un - 452 qram; şəkər kirşanı - 187 qram; marqarin - 375 qram; yumurta - 30 qram; vanil kirşanı - 2 qram; soda - 0,5 qram; amonium - 0,5 qram; səthə çəkmək üçün yumurta - 30 qram (Şəkil 3.4). |