|
Təlim nəticələrinin qiymətləndirilməsi
|
I. Nəzəri biliklərin qiymətləndirilməsi
1. Test
1. Aşağıdakı inqrediyentlərin hansından qatılaşdırılmış südlə yağlı krem hazırlanmasında
istifadə olunmur?
A) Kərə yağı;
B) Süd;
C) Qatılaşdırılmış süd;
D) Şəkər tozu.
2. Hansı inqrediyentdən krem Şarlotta hazırlanmasında istifadə edilir?
A) Yumurta;
B) Xama;
C) Qaymaq;
D) Duru yağ.
3. Şəkər şərbətinin hansından məmulatların istehsalında istifadə olunmur?
A) Şəkər pomadkası;
B) Qaymaqlı krem;
C) Şirni;
D) Şəkər pendir
4. 40-45 dərəcədə soyudulmuş şərbət neçə dəqiqə çalınmalıdır ki, xırda kristalları olan ağ kütlə
alınsın?
A) 10-20;
B) 15-25;
C) 25-30;
D) 20-30.
5. Ən yaxşı bəzək hansı şirniyyatlara vurulur?
A) Peçenye;
B) Pirojna və rulet;
C) Tort və pirojna;
D) Bulka və piroq.
6. Aşağıdakıların hansından almadan içlik hazırlanmasında istifadə olunmur?
A) Sarıkök;
B) Darçın;
C) Limon qabığı;
D) Naringi qabığı.