Şaftalı cemi Şaftalı cemi üçün 1 kq. şaftalıya 3 st. tozşəkər və yarım st. su götürmək lazımdır. Şaftalının səthi yun parça ilə təmizlənir, yuyulur və tumu çıxarılıb dilimlənir. Üzərinə su tökülüb 10 dəqiqə qaynadılır. Sonra şəkər əlavə edilib hazır olana qədər bişirilir. Əgər şaftalının qabığı acıdırsa, soyulmalıdır (Şəkil 2.56). |