Feyxoa cemi Feyxoa cemi üçün 1 kq. meyvəyə 3,5 st. tozşəkər və 2 st. su götürülür. Feyxoa təmizlənir, yuyulub 2-4 dilimə bölünür və üzərinə su və 1 st. şəkər əlavə edilib feyxoanın qabığı yumşalana qədər, sonra isə yerdə qalan şəkər əlavə edilib 10-15 dəqiqə hazır olana qədər bişirilir (Şəkil 2.53). Firəng üzümü cemi Firəng üzümü cemi üçün 1 kq. giləmeyvəyə 5 st. toz-şəkər və 3 st. su götürülür. Firəng üzümü təmizlənib yuyulur və su və 1 st. toz-şəkərlə giləmeyvə əzilənə qədər, sonra isə yerdə qalan şəkər əlavə edilərək bişirilir. |
Xurma cemi
Xurma cemi üçün 1 kq. meyvəyə 3 st. toz-şəkər götürülür. Xurma tam yetişib yumşaldıqdan sonra cem bişirmək üçün yararlı olur. Xurma yuyulur, təmizlənir, 4-6 dilimə doğranılır, tumu çıxarılır və şəkər əlavə edilib 25-30 dəq. hazır olana qədər bişirilir.
Heyva cemi Heyva cemi üçün 1 kq. təmizlənmiş heyvaya 3 st. toz-şəkər və 2-3 st. su götürülür. Təmizlənmiş və yuyulmuş heyva xırda dilimlərə doğranılır və su əlavə edilib yumşalanadək, sonra isə şəkər əlavə edilib 15-20 dəqiqə hazır olana qədər bişirilir. Cem bişirmək məqsədi ilə heyvanın turş və turşaşirin sortları götürülməlidir (Şəkil 2.54). Çiyələk cemi Çiyələk cemi üçün 1 kq. giləmeyvəyə 4 st. toz-şəkər götürülür. Seçilib yuyulmuş çiyələk süzgəcə tökülüb emallı qabda üzərinə toz-şəkər əlavə edilib 15-20 dəqiqə bişirilir. Qatı cem almaq üçün kütləyə tərkibində jeleəmələgətirici maddəsi çox olan meyvə-giləmeyvə püresi və ya şirəsi qatmaq olar (Şəkil 2.55). |