Ərik-gavalı-moruq-çiyələk cemi Ərik-gavalı-moruq-çiyələk cemi üçün 0,5 kq. ərik, 0,5 kq. moruq, 0,5 kq. çiyələk, 5 st. toz-şəkər və 2 st. su götürülür. Bişirilmə qaydası əvvəlki cemdə olduğu kimidir. Ərik cemi Ərik cemi üçün 1 kq. əriyə 3 st. toz-şəkər və yarım st. su götürmək lazımdır. Ərik yuyulur və 2 və ya 4 yerə bölünüb su əlavə edilir. Qarışdırmaq şərtilə 8-10 dəqiqə, sonra isə şəkər əlavə edilib hazır olanadək bişirilir (Şəkil 2.49). Əncir cemi Əncir cemi üçün 1 kq. meyvəyə 2-2,5 st. su götürülür. Əgər əncir çox da şirin deyilsə, onda şəkərin miqdarı 1 st. artırılır. Əncir təmizlənir, süzgəcdə üzərindən su keçirilir, 4 yerə bölünür, toz-şəkər və su əlavə edilib arabir qarışdırmaq şərtilə 20-25 dəqiqə bişirilir (Şəkil 2.50). |
||
Gavalı cemi Gavalı cemi üçün 1 kq. meyvəyə 3,5 st. tozşəkər və 1 st. su götürülür. Gavalı yuyulub 2 yerə bölünür və çəyirdəyi çıxarılır. İri gavalıları 4 yerə də bölmək olar. Yumşalana qədər su ilə, sonra isə şəkər əlavə edilib 15-20 dəqiqə hazır olana qədər bişirilir (Şəkil 2.51). |
||
Moruq cemi Moruq cemi üçün 1 kq. giləmeyvəyə 3 st. tozşəkər və 1 st. su götürülür. Təmizlənmiş moruğu su və yarım st. şəkərlə qarışdırmaq şərtilə 5-10 dəq, sonra isə yerdə qalan şəkər əlavə edilib hazır olana qədər bişirilir (Şəkil 2.52). |