Alma və portağal cemi Alma və portağal cemi üçün 1 kq. alma, 5 ədəd orta irilikdə portağal, 6 st. toz-şəkər və 2 st. su götürülür. Alma suda yumşalana qədər bişirilir və süzgəcə əlavə edilir. Alma bişən suya şəkər, dairəvi və ya aypara şəklində doğranmış portağal və bişmiş alma püresi əlavə edilib 15-20 dəq. bişirilir (Şəkil 2.45). |
||
Armud və gavalı cemi Armud və gavalı cemi üçün 1 kq. armud, 1 kq. gavalı, 6 st. toz-şəkər və 2 st. su götürülür. Gavalı yuyulub 2 yerə bölünür, armud dilimlənir və su ilə qarışdırılıb 2 st. toz-şəkər əlavə edilməklə yumşalana qədər, sonra isə şəkərin qalan hissəsi tökülüb hazır olana qədər 15-20 dəqiqə bişirilir (Şəkil 2.46). |
||
Armud və heyva cemi Armud və heyva cemi üçün 1 kq. armud, 1kq. heyva, 6 st. toz-şəkər və 3 st. su götürülür. Təmizlənmiş yuyulmuş heyva xırda dilimlərə doğranılır, su əlavə edilib yumşalana qədər bişirilir və üzərinə dilimlərə doğranılmış armud və tozşəkər əlavə edilib arada qarışdırmaq şərtilə hazır olana qədər bişirilir (Şəkil 2.47). |
||
Ərik-moruq-çiyələk cemi Ərik-moruq-çiyələk cemi üçün 1 kq. ərik, 0,5 kq. çiyələk, 5 st. toz-şəkər və 2 st. su götürülür. Moruq və çiyələk təmizlənir, yuyulur və süzgəcə əlavə edilib suyu süzülür. Sonra üzərinə toz-şəkər əlavə edilib 1-2 saat öz şirəsini buraxmaq üçün saxlanılır. Ərik yuyulur və 2 və ya 4 hissəyə bölünüb su əlavə edilir. 8-10 dəqiqə yumşalana qədər bişirilir. Üzərinə şəkərə yatırılmış moruq və çiyələk tökülüb arada qarışdırmaq şərtilə hazır olana qədər bişirilir (Şəkil 2.48). |