Armud cemi Armud cemi üçün 1 kq. meyvəyə 3 st. tozşəkər və 2 st. su götürülür. Cem bişirmək üçün armudun yay və payız sortlarından istifadə edilir. Qabığı soyulmuş armud dilimlənir, toxumu təmizlənir, su və 1 st şəkər əlavə edilir. Armud yumşalıb bişənədək qaynadılır. Sonra qalan şəkər əlavə edilib hazır olanadək bişirilir. Sulu yay armudundan cem bişirdikdə isə su əlavə edilmir. Armud nazik dilimlərə doğranılır, üstünə toz-şəkər səpilir, 40-45 dəq. saxlanılır və öz şirəsini buraxdıqdan sonra daim qarışdırılmaqla hazır olana kimi bişirilir (Şəkil 2.41). |
||
Böyürtkən cemi Böyürtkən cemi üçün 1 kq. giləmeyvəyə 3 st. toz-şəkər və 1 st. su götürmək lazımdır. 1 st. şəkərlə sudan 10-15 dəq. qaynadılmaqla şirə bişirilir. Qatı cem almaq üçün kütləyə alma, gavalı, firəng üzümü və qara qarağat əlavə etmək olar (Şəkil 2.42). Qara qarağat cemi Qara qarağat cemi üçün 1 kq. giləmeyvəyə 6 st. toz-şəkər və 2 st. su götürülür. Təmizlənib yuyulmuş giləmeyvəni suyun hamısı və 1 st. tozşəkərlə əzilənə qədər, sonra isə yerdə qalan şəkəri əlavə edib hazır olanadək bişirmək lazımdır. Qırmızı və ağ qarağatdan da bu üsulla cem bişirmək olar, lakin 1 kq. giləmeyvəyə 5 st. tozşəkər və 2 st. su götürülür (Şəkil 2.43). Alma və armud cemi Alma və armud cemi üçün 1 kq. alma, 1 kq. armud, 6 st. toz-şəkər və 2 st su götürülür. Alma suda yumşalana qədər bişirilir və süzgəcə əlavə edilir. Alma bişirilən suya xırda dilimlərə doğranmış armud, şəkər və bişmiş alma püresi əlavə edilib 15-20 dəqiqə bişirilir (Şəkil 2.44). |