Belə içlikdən piroq, ponçik və tort üçün istifadə edilir. Soyuq üsulda nazik dilimlərlə doğranmış almaya toz-şəkər səpilir və 1 ç.q. konyak (və ya araq) çilənir, 1-2 saat yumşalana qədər saxlanılır və belə içlik mayalı və şəkərli xəmirdən bişiriləcək rulet və piroq üçün istifadə edilir.
Kəsmikdən içlik Kəsmik - 1 st., yumurta - 1 ədəd, toz-şəkər - 1,5 ç.q., şəkərli vanilin - 3 qram və duz. Kəsmik süzgəc və ya ət maşınından keçirilir və ona şəkər, çiy yumurta, tavada yağda azacıq qovrulmuş buğda unu, duz və şəkərli vanilin əlavə edilir. Xammallar eynicinsli kütlə alınana qədər qarışdırılır (Şəkil 2.36). İçliyə sürtgəcdən keçirilmiş bir ədəd limon və ya portağal qabığı əlavə etmək olar. İçliyə 1 x.q. kişmiş və ya xırdalanmış qoz ləpəsi və yaxud xırda doğranmış quru mürəbbə əlavə etmək olar. Bu zaman kəsmik 3/4 st. götürülməlidir. Cem Cem bişirmək üçün turş alma, armud, heyva, gavalı, alça, ərik, şaftalı, albalı, gilas, qara qarağat, firəng üzümü, çiyələk, moruq, üzüm, əncir, xurma və digər meyvələrdən istifadə olunur. Cemin mürəbbədən əsas fərqi ondan ibarətdir ki, bişirilən meyvənin formasının saxlanılması vacib deyildir. Eyni zamanda cemin şirəsi mürəbbə şirəsindən fərqi jeleyəbənzər konsistensiyalı olub süzülməməsi və qeyri-şəffaf olmasıdır (Şəkil 2.37). |