Kisənin ucu kəsilir və naxış çəkilməyə başlanılır (Şəkil 2.23).
Bütün naxışlar bitdikdən sonra, perqament vərəqi taxtanın üzərinə keçirilir və soyuducuya qoyulur.
Şokoladdan yonqar - tortların bəzədilməsi üçün şokolad yonqarını iki üsulla əldə etmək olar:
Birinci üsul - içliyi olmayan iri şokolad plitkası isti yerdə (30 dəqiqə, istiliyi 30 dərəcə olan otaqda (mətbəxdə)) saxlanılır. Sonra iti bıçaqla şokolad bucaq altında yonulur. Şokolad borucuqlar şəklində burulacaq. Yonqar soyudulur və tort bəzədilir (Şəkil 2.24).
İkinci üsul - şokolad şirəsi relyefli səthin üzərinə nazik lay şəklində tökülür, bərkimək üçün 15-20 saniyəlik soyuducuya qoyulur, iti bıçaq və ya ərsinlə qaşınır.
Alınmış yonqarları cüt-cüt birləşdirib boru şəklində tort və pirojnanın üzərini bəzəmək olar.
Tortun üstünə və yanlarına səpmək üçün xırda yonqarın iki hazırlanma üsulu mövcuddur:
Birinci üsul - soyudulmuş şokolad iri sürtgəcdən çəkilir. Yonqar soyudulur və tortun üstünə səpilir.