Şokoladdan bəzəklərin hazırlanması üçün (tor, ürək, gül və s) şokolad şirəsinə bir neçə damcı spirt əlavə edilir və sürətli qarışdırılır (Şəkil 2.20).
Alınan kütlə qatı olmalı, lakin bərk olmamalıdır. İstifadəyə hazır şirə qarışıqdan yavaş-yavaş süzülür. Əgər kütlə dərhal donursa, deməli spirti çoxdur. əgər kütlə qaşıqdan tez süzülürsə, onda bir az da spirt əlavə olunur. Bəzəkləri hazırlamaq üçün qalın kağız (karton) götürülür və üstündə naxış çəkilir. Kağızın üzərinə perqament qoyulur ki, naxış görünsün (Şəkil 2.21). |
||
Şokolad şirəsi kisəyə doldurulur, kisə kip bağlanılır (Şəkil 2.22). |