Şokolad şirəsi - üçün müxtəlif ölçülü iki qazan götürülür-böyük və kiçik. Kiçik qazan dibi böyük qazanın dibinə dəyməmək şərti ilə böyük qazanın içərisinə yerləşdirilir. Böyük qazanın içərisinə su tökülür və plitəyə qoyulur. Şokolad balaca qazanın içərisinə doğranılır (Şəkil 2.17). |
||
Su qaynayan zaman şokolad əriyərək maye hala keçir (Şəkil 2.18). |
||
Şokolad tam əridikdən sonra götürülür və otaq temperaturunda 30-35 dəqiqə saxlanılır. Sonra şokolad yenidən qızdırılır və ara vermədən qatılaşana qədər, qarışdırılır və ocaqdan götürülür (Şəkil 2.19). |
Yadda saxlamaq lazımdır ki, tort və pirojnaları şirələmək üçün çox isti şokolad şirəsindən istifadə etmək məsləhət görülmür.