20%-li və ya 30%-li qaymaq - 1st., şəkər kirşanı - 2 x.q., 30%-li xama - 4 x.q. və şəkərli vanilin - 0,5 ç.q.
Xama turşumuş olmamalıdır. Kiçik qazana qaymaq və xama tökülüb buzlu su tökülmüş ləyənin içərisinə yerləşdirilib çalınır. Köpüklü kütlə alındıqdan sonra üzərinə şəkər kirşanı və vanilin əlavə edilib qarışdırılır.
Şəkər şərbətinin hazırlanması
Şirniyyat istehsalında şirniyyat məmulatlarını şirələmək və bəzəmək üçün şirədən istifadə olunur. Məmulatların şirələnməsi və bəzədilməsi üçün şirə çiy və həmçinin, dəm (bişirilmiş) halda ola bilər. Məmulatın üstünün şirələnməsi üçün çiy şirə şəkər kirşanından (910 qram), yumurta ağından (30 qram) və sudan (135 qram) hazırlanır. Hazır məhsul çıxışı - 1000 qramdır.
Çiy şirə - çalma maşınının qazanına yumurta ağları tökülür. Maşını yavaş gedişlə qoşulur. Su 35-400 -yə qədər qızdırılır və yumurta ağları olan qazana tökülür. Şəkər kirşanının 1/3-i əlavə edilir və yavaş gedişlə kütlə çalınır. Çalmağa davam edərək, 5 dəqiqə sonra şəkər kirşanının daha 1/3-i əlavə edilir. 40-450 -yə qədər qarışıq qızdırılır. Kütlə çalınmağa davam edilir və ona şəkər kirşanının qalığını əlavə edilir. Qatı xama konsistensiyası alınana qədər şirə qarışdırılır. Çalmanın sonunda limon turşusunu əlavə edilir (Şəkil 2.7). Nəzərə alınmalıdır ki, şirəni müxtəlif rəngli qida boyalarıyla rəngləmək olar. Məmulatlar şirələnmək üçün tabağın üstündə qurulmuş dəmir barmaqlığa yerləşdirilir. Məmulatlar üzdən şirlənir və ya şirəyə batırılır. Şirənin artığı tabağa axır (Şəkil 2.8). Məmulatlar hamar və parlaq çıxır. Məmulatların bəzədilməsi üçün çiy şirə aşağıdakı resept üzrə hazırlanır: şəkər kirşanı - 865 qram, yumurta ağları - 170 qram, limon turşusu - 0,11 qram. Hazır məhsul çıxışı - 1000 qram. Dəm (bişmiş) şirə - hazırlamaq üçün suyla şəkər qaynamaya çatdırılır, köpüyü yığılır və 114- 1150-də bişirilir (Şəkil 2.9). Nəzərə alınmalıdır ki, şirənin hazırlığının təyini üçün "zəif kürəcik" sınağı edilir, yəni kürəcik yaranmalıdır. |