I. Nəzəri biliklərin qiymətləndirilməsi
I. Test
1. Bunlardan hansı şirniyyat hazırlamaq üçün istifadə olunan əsas xammallara aid
deyil?
A) Un;
B) Kakao;
C) Şəkər;
D) Yumurta.
2. Unun tərkibindəki minerallı maddələrin miqdarı nədən asılıdır?
A) Buğdanın üyüdülməsindən;
B) Buğdanın keyfiyyətindən;
C) Buğdanın əmtəə sortundan;
D) Tərkibindəki yapışqanlı maddənin miqdarından.
3. Tərkibində 36,5% quru maddə olarsa, bu hansı şəkər məhsuludur?
A) Bal;
B) Patka;
C) Süni bal;
D) İnvert şəkəri.
4. Qənnadı məmulatları istehsalında yağlılığı neçə % olan xammallardan istifadə olunur?
A) 40-20%;
B) 50-40%;
C) 60-50%;
D) 40-30%.
5. Şokolad kütləsinin emal edilməsinə görə şokolad hansı 2 növə ayrılır?
A) İçlikli və içliksiz;
B) Adi və desert;
C) Əlavəli və əlavəsiz;
D) Acı və südlü.
6. Aşağıdakılardan hansının tərkibində ümumi kakao qatqısı yoxdur?
A) Ağ şokolad;
B) Tünd şokolad;
C) Acı şokolad;
D) Südlü şokolad.