Yumurtadan hazırlanan yeməklərin xoşagələn sarımtıl rəngi, zərif şirəli konsistensiyası və təzə yumurtaya xas olan dadı olur.
Tərəvəzlər salatlar və ya vineqretin görünüşünə uyğun formada olmalı və doğranış forması saxlanmalıdır. Hazırlanmış salatlar və vineqret təpəcik şəklində qalaqlanır.
Rəng − salatlarda olan ərzağa xas.
Bişirilmiş tərəvəzlərin konsistensiyası − yumşaq və alaçiy − bir az xırçıltılı.
Yaxşı soyudulmuş ət tikələri ilə studen (ət və ya balıqdan bişirilən həlməşik yemək), sarımsaq və ədviyyat ətirli qatılaşdırılmış ət bulyonunun dadı. Jelenin konsistensiyası − bərk, elastik və yumşaq ət ərzaqları. Paştetdə ərzağa məxsus boz-qəhvəyi kütlə, dad və qoxu, konsistensiyası isə yumşaq və elastik. Yeməyin xarici görünüşünə diqqət edin. Balıq səliqəli tikələr şəklində doğranmalı, rəngi – balığa uyğun, balığın konsistensiyası isə – zərif və şirəli olmalıdır (Şəkil 5.13). |
||
Ətdən hazırlanmış soyuq yemək və qəlyanaltılar Ət və ət məhsullarının lifləri növbə ilə tikələr şəklində doğranmalıdır. Rəngi ərzaq növünə uyğundur: ət ərzaqları üçün – açıqdan tündə qədər, kəsikdə - qırmızımtıl; dad - ərzağa xas olan, konsistensiyası isə - yumşaq və şirəli olmalıdır (Şəkil 5.14). |
||
Kompotlar Sirop şəffaf, dadlı və qoxulu meyvə yığınlı, şirinliyi qaydasında və xoşagəlimli meyxoş olmalıdır. Meyvə və giləmeyvələr yumşaq olmalı və həll bişirilməməlidir (Şəkil 5.15). |