Düz və qöfrəli qıraqları olan xəmirkəsən
(dairəvi, ulduzvari, aypara, ürək, səkkizguşə və
s.) qəliblərdən istifadə edilir (Şəkil 1.43).
Bunlar paslanmayan metaldan hazırlanır.
Xəmiri dairəvi formada kəsmək üçün kiçik ölçülü
stəkan və qədəhlərdən də istifadə etmək olar.
|
Şəkil 1.43. Xəmirkəsən qəliblər
|
İşin sonunda bütün qəlib və bıçaqlar
yuyulub qurudulur. Xəmirə şüşə qırığı düşməsin
deyə stəkan və qədəhlərin bütövlüyü
əvvəlcədən yoxlanılır. Fiqurlu xəmirkəsənlə
kəsilmiş hazır məhsul bişirmə kağızı qoyulmuş
soba sinisinə düzülür (Şəkil 1.44).
|
Şəkil 1.44. Hazır məhsulun siniyə düzülməsi
|