Yadda saxlayın ki, pəhriz qidalanması:
Müalicəvi qidalanma xəstəxanalar, sanatoriyalar, kurortlar, sənaye müəssisələrinin gecə sanatoriyaları, ambulator müalicə zamanı, həmçinin, təşkilatlar və tədris müəssisələrində tətbiq edilir.
Müalicəvi qidalanma müstəqil müalicə metodu kimi həzm yolları xəstəliklərində maddələr mübadiləsinin pozulması və bir çox xəstəlikdə təyin edilir.
Hər bir pəhrizin tibbi xarakteristikası vardır, orada şərh edilir: pəhrizin müalicə təyinatı və onun kimyəvi tərkibi, fiziki xassələri (yeməyin çəkisi, konsistensiyası və temperaturu) və qida rejimi (qida rejimi qaydaları). Pəhrizin öz nömrələri olur - 1, 2, 5, 7, 9, 10, 11 və 15. Cəmi 15 müalicəvi pəhriz vardır.
Unutmayın ki, pəhriz qidalanması müntəzəm olaraq müalicə nəzarətinə götürülməlidir, buna görə də pəhriz yeməkxanalarının ştatında tibb işçisi vəzifəsi nəzərdə tutulur (Şəkil 4.1). Gündə 5-6 dəfə olmaqla qidalanma rejimi 2 №-li pəhriz turşuluq dərəcəsi aşağı olan və aşağı sekresiyalı xroniki qastritlər, xroniki enterokolit və kəskin olmayan kolit xəstəliklərində və yoluxucu xəstəliklər və əməliyyatlardan sonra xəstələrin sağalma dövründə təyin edilir. |
4 №-li pəhriz bağırsağın ağır xəstəlikləri zamanı və xroniki kəskinləşmə dövründə təyin edilir.
4 №-li pəhriz dəyərli hesab edilmir və o, bir neçə günlük təyin edilir.
5 №-li pəhriz ağır hepatitlər, xolesistit (öd kisəsinin iltihabı), qara ciyər və öd kisəsi xəstəliklərində təyin edilir. Bu pəhrizin köməyi ilə öd yolları və öd kisəsində daşların əmələ gəlməsinin qarşısı alınır.
7 və 10 №-li pəhrizlər çox oxşardır. 7 №-li pəhriz böyrək xəstəlikləri zamanı, 10 №-li pəhriz isə - ateroskleroz və hipertoniya xəstəlikləri zamanı ürək–damar xəstəliklərinin kompleks müalicəsi üçün təyin edilir.
11 №-li pəhrizin məqsədi orqanizmin qidalanma vəziyyətini yaxşılaşdırmaq və onun qoruyucu funksiyasını artırmaq və xəstə orqanizmin reduksiya prosesini (bərpa prosesini) gücləndirməkdir.
15 №-li pəhriz xəstələrə müalicəvi pəhrizdə olduğu zamandan sonra ümumi qidalanmaya keçmək üçün onların dözümlülüyü və hazırlığını yoxlamaq üçün təyin edilir.
Pəhrizin məqsədi – xəstəxana şəraitində fizioloji qidalanmanın dəyərliliyini saxlamaqdır.