Balığın kürütökmə dövründə zəhərlənmə hazırkı dövrdə ona görə baş verir ki, moren, xanı balığı və skumbriyanın kürüsü və balıqların toxum vəzisi, həmçinin, nalimin qara ciyəri, ağ balıq və durnabalığın bağırsaqlarında zəhərli maddələr vardır. Buna baxmayaraq, belə zəhərlənmələr çox az olur.
Qida zəhərlənməsinin əlamətləri və simptomları
Salmonelez xəstəliyinin simptomlarına ürəkbulanma, qusma, qarın ağrısı, ishal, baş ağrısı, özünü olduqca pis hiss etmək və temperaturun 38-39 dərəcəyə qədər yüksəlməsi daxildir. Sağaldıqdan sonra bakteriyadaşıyıcı hallar mümkündür. Ölüm halı riski 1% təşkil edir ki, bu da xüsusən, yaşlı insanlar arasında müşahidə olunur.
Bağırsaq çöpü və protey ilə zəhərlənmə salmonel zəhərlənməsinə oxşardır, bununla belə formadadır və nisbətən qısa inkubasiya dövrü ilə fərqlənir. Xəstəliyin əlamətləri çirkləndirilmiş qidanın istifadəsindən 5-8 saatdan sonra yaranır. Müşahidə olunan simptomlar bunlardır: ürək bulanması, qusma, qarın ağrısı, ishal və temperaturun azacıq yüksəlməsi. Sağalma prosesi 2-3 gündən sonra başlayır.
Qida məhsulları ilə təmasda olan sporlar əlverişli şəraitdə vegetativ hüceyrədə (botulines çöpü) cücərir və artıq bir sutkadan sonra 15-37 dərəcə temperatur və havasız şəraitdə toksindən güclü zəhər ayrılır.
0,035 mq. insan üçün ölümcül doza hesab edilir.
Yadda saxlayın! Botulinus çöpü məhsulun bir yerində toplandığından zəhərlənmiş məhsuldan istifadə edən şəxslərin hamısının zəhərlənməmələri normal qarşılanmalıdır.
Xəstəliklər gözlənilmədən ortaya çıxır:
Xəstəlik 7-8 gün çəkir, amma bir aya qədər və daha çox davam edə bilər. Müalicə xüsusi zərdəbların köməyi ilə həyata keçirilir, əks halda ölümlə nəticələnə bilər. Zəhərlənmə hallarının 70%-i ölümlə nəticələnir.
Stafilokok zəhərlənməsi simptomları: ürək bulanması, çoxsaylı, tez dayanmayan qusma, sinədə ağrı, bəzən ishal, ürək fəaliyyətinin pozulması, ümumi sağlamlıq vəziyyətinin pisləşməsi, baş ağrısı və bədənin normal temperaturda olduğu zaman başgicəllənmə.