“Qurd lifi” meyvələri cazibədar növə malikdir (Şəkil 3.20). |
Diqqət yetirin: bitkilərlə zəhərlənmə uşaqlar arasında tez-tez olur.
Qida zəhərlənməsinin mənbəyi və başvermə səbəbləri
Bakterial qida zəhərlənmələri canlı (sağ) mikroblar və onların zəhərlərini (toksinləri) özündə saxlayan yeməkləri yeyən zaman yaranır.
Yadda saxlayın: bütün qida zəhərlənmələrinin 90%-i onların payına düşür və isti hava mikrobların sürətlə çoxalmasına imkan yaratdığından belə hallar, əsasən, yayda baş verir (Şəkil 3.21). |
||
Salmonellərin yayılma mənbələrinə iri buynuzlu inək, donuz, quş (əsasən də, suda üzən), it və gəmiricilər aiddir (Şəkil 3.22). |