Uzun müddət saxlanılan çəyirdək-meyvəlilərdən hazırlanmış mürəbbə və kompotların istifadəsi zamanı çəyirdəkli meyvəlilərin özəyi ilə zəhərlənmələr baş verir. Çəyirdəkli meyvələrin özəyi insan orqanizmində sianid turşusunu yaradan amiqdalin glikozit tərkibinə malikdir (Şəkil 3.13). Bu zəhərlənmənin qarşısını almaq üçün çəyirdəkli meyvələrdən hazırlanmış kompot və mürəbbələrin saxlanılma müddətinə əməl edilməlidir. |
||
Çiy lobyada zəhərlənmə onun tərkibində istilik emalı nəticəsində dağılan fazin zəhərinin olması ilə izah olunur. Zəhərlənmənin qarşısını almaq üçün lobya yeməklərinin hazırlanması zamanı istilik emalı qaydalarına əməl edilməlidir (Şəkil 3.14). Kimyəvi maddələrlə zəhərlənmə - ağır metalların duzları ilə:
|
|