bişirilməmiş lobya və bir necə balıq növləri ilə zəhərlənmə;
- müvəqqəti zəhərləyən məhsullarla - kartof və kürü tökmə dövründə olan balıqla zəhərlənmə;
- zəhərləyici qarışıqlarla - sink, qurğuşun və arsenlə zəhərlənmə.
Göbələklərlə zəhərlənmə mövsümi xarakter daşıyır, əsasən onların kütləvi yığılıb istifadə
olunduğu yaz və yayın axırında baş verir.
Yadda saxlayın: zəhərləyici göbələklərin bəzi növləri yeyilənlərə çox oxşadığından göbələklərdən
istifadə edilərkən ehtiyatlı olmaq lazımdır.
Aşağıda göstərilən göbələklər zəhərlənməyə səbəb ola bilər:
- Solğun zəhərli göbələklər (Şəkil 3.10);
|
|
Şəkil 3.10. Solğun zəhərli göbələk
|
- “Panterli” zəhərli göbələklər (Şəkil 3.11);
|
|
Şəkil 3.11. “Panterli” zəhərli göbələk
|
- “Saxta xoruzgöbələkləri” (Şəkil 3.12).
|
|
Şəkil 3.12. Saxta xoruzgöbələk
|