Stafilokok zəhərlənməsi - bu, stafilokok mikrobunun zəhəri ilə zəhərlənmiş qidanın qəbulundan 2-4 saat sonra yaranan kəskin xəstəlikdir.
Zəhərlənmənin törədicisi - spor yaratmayan, lakin qızılı üzüm salxımına oxşar qızılı stafilokokdur:
Mikotoksikoza aiddir:
Fuzariotoksikoz – bu zəhərlənmənin səbəbi üstündən qış keçmiş və ya gecikdirmə ilə toplanmış taxıl və çörək bitkilərindən hazırlanmış məhsulların qəbulu ilə baş verir.
Törədici - dənli bitkilərin boyatma dövründə döşəmədə üst-üstə toplanmış dərzlər, həmçinin, taxılın anbarlarda kiflənməsi və nəm çəkməsi zamanı onları yoluxduran fuzarim göbələyidir.
Diqqətli olun! Taxılda yaranan zəhərlər həmin taxıldan olan yarmalarla olan çörək, sıyıq və şorbanın bişirilməsi vaxtı dağılmır.
Erqotizm - çovdar qaracası ilə yoluxmuş taxıldan hazırlanan qidanın qəbulu nəticəsində yaranan zəhərlənmədir.
Törədici - çovdarın sünbülləri və tünd bənövşəyi rəngli buğdaları yoluxdurur, zəhər əmələ gətirir və istiyə dözümlüdür (bişirilən çörəkdə də zəhərlilik qalır) (Şəkil 3.9). Erqotizm bu növlərə ayrılır:
|
Aflotoksikoz – müxtəlif məhsullarda çoxalması mümkün olan aflotoksinlərlə yoluxmuş qidanın istifadəsi zamanı əmələ gələn zəhərlənmədir.
Qeyri-mikrob mənşəli qida zəhərlənmələri aşağıdakılara bölünür: