- Qəbul edilən ətdə damğanın olması yoxlanmalıdır;
- Döyülmüş yarımfabrikatlar, xüsusən də, kotletdən olan məhsulların hazırlıq
prosesi sürətləndirilməlidir;
- Ət və balıq yeməkləri, xüsusən də, kotlet yeməkləri diqqətlə bişirilməli və
qızardılmalıdır (Şəkil 3.5);
- Tez korlanan ət yeməkləri (studen, fəsəli üçün qiymə, pörtləmə ət və
kəsilmiş quş) təkrar istilik emalından keçirilməlidir;
- Balığın ilkin təmizlənməsi zamanı bağırsaqların onun içərisini
çirkləndirməsinə yol verilməməsi şərti ilə ayrı keçirilməlidir;
|
|
Şəkil 3.5. Kotletin qızardılması
|
- Su quşlarının yumurtalarından yalnız xəmirin hazırlanması üçün istifadə edilməlidir, toyuq
yumurtaları isə istifadədən əvvəl sanitar tələblərə uyğun olaraq yuyulmalıdır;
- Südü qaynadılmalıdır və qaynadılan qabda da saxlanılmalıdır (Şəkil 3.6);
|
|
Şəkil 3.6. Südün qaynadılması
|
- qatıqdan yalnız xəmirə istifadə edilməlidir;
- pasterizə edilməmiş kəsmikdən istilik emalına (fəsəli, sırnik və varenik) aid olunan
məhsulların hazırlanmasında istifadə edilməlidir;
- soyuq qəlyanaltıların hazırlığı üçün mexaniki qurğulardan maksimal dərəcədə istifadə
edilməli
və hazırlanmış vəziyyətdə 1 saatdan çox saxlanılmamalıdır;
- hazır qida saxlama müddəti daxilində 4-8 dərəcə temperaturda, isti halda isə 65 dərəcədən
aşağı olmayan temperaturda saxlanmalıdır.
Bağırsaq çöpü dəyirmi floraya malikdir və sporları yarada bilmir. Yaxşı halda 37 dərəcə
temperaturda inkişaf edir, 65-70 dərəcə temperaturda isə məhv olur.
Protey çöpü aerob şəraitdə çoxalır, böyük hərəkətlilik, həmçinin, başqa mikrobların artmasının
qarşısını almaq bacarığına malikdir. İnkişaf üçün optimal temperatur 25-37 dərəcə, quraqlığa
dözümlü və +6 dərəcə temperatur zamanı inkişafı zəifləyir və 60-65 dərəcə temperaturda məhv
olur.
Bağırsaq çöpü və protey qida məhsullarına aşağıdakı şəkildə düşür:
- şəxsi gigiyenanın pozulmasına, xüsusən də, işçilərin əllərinin çirkin olmasına görə;