Qurudulmuş məhsulların saxlanması zamanı havanın nisbi rütubətliliyi və temperaturu və malların bir-birinin yanında yerləşdirilməsi üçün ara məsafəyə dəqiqliklə fikir vermək lazımdır: tərkibində rütubətliliyi çox olan məhsulların qurudulmuş məhsulların yanında saxlanmasına yol verilməməlidir.
İşıq - mikrobların inkişafına mənfi təsir edən amillərdən biridir.
Mikroblara mənfi təsir edən ultrabənövşəyi şualardan müalicə müəssisələri, ticarət sahələri, soyuducu kameraları və bu kimi yerlərdə su və havanın dezinfeksiyası üçün istifadə olunur.
Diqqət yetirin: əgər hava 6 saat müddətində ultrabənövşəyi şüalarla zənginləşdirilsə, havada olan mikroorqanizmlərin 80%-i zərərsizləşdirilə bilər.
Kimyəvi amillərin mikroorqanizmlərin inkişafına təsiri onların növü, kimyəvi maddələrin xassələri və onların konsentrasiyasından asılıdır.
Mühit mikroorqanizmlərə müxtəlif cür təsir edir:
Mühitin reaksiyasını dəyişdirərək mikroorqanizmlərin inkişafına təsir etmək olar. Bu gün məhsulların emalı və saxlanması zamanı turşuluğun mikroorqanizmlərə təsirindən geniş istifadə edilir:
Maddələrin yüksək konsentrasiyası (qatılığı) mikrobların inkişafına mənfi təsir göstərir: tərkibində 10-25% duz və 60-70% şəkər olduqda əksər mikroblar hüceyrələrin susuzlaşdırılması nəticəsində ölüb gedir.