Xəstə insanlar və ya xəstəliyin daşıyıcıları vəbanın mənbəyi ola bilir. Xəstəlik ishal və güclü qusma ilə müşayiət olunur. Bundan sonra orqanizmin suyu quruyur, qan dövranı yüksəlir, dəri elastikliyini itirir, temperatur 35 dərəcəyə qədər düşür, nəticədə, ölüm baş verir (Şəkil 2.27). |
Xəstə insan, heyvan və quşlar vərəm xəstəliyinin mənbəyi ola bilər.
İnfeksiya xəstə heyvanların südü və müəyyən istilik emalından keçirilməmiş ətdən istifadə edilərkən nəfəs yoluna düşən yüngül damcı vasitəsi ilə və xəstə insanla əlaqə yolu ilə yayıla bilər (Şəkil 2.28).
Həm insan, eləcə də heyvanlar bruselyozla xəstələnir. Qoyun və keçi bruselyozu insan üçün çox təhlükəlidir. Süd və ya xəstə heyvanların ətinin istifadəsi, həmçinin onlarla əlaqə zamanı yoluxmalar ola bilər. Xəstə heyvanların ifrazatı torpaq, su və yemi yoluxdurur. İnsanın dabaqla yoluxması ümumi zəiflik, ağzın selikli qişasının iltihabı və yaralarla müşayiət olunur. Yüngül formada keçməsinə baxmayaraq, bu xəstəlik ölümə gətirib çıxara bilər.
Gəmiricilər tülyaremiya ilə xəstələndiyi üçün onlarla əlaqə zamanı asanlıqla insana keçə bilər. Bu hal gəmiricilərin ovlanması, dəri emalı, taxıl və ot işləri zamanı, həmçinin, gəmiricilər tərəfindən yoluxdurulmuş su və ərzağın qəbulu zamanı ağcaqanadlar və gənələr vasitəsi ilə də mümkündür (Şəkil 2.29). |