Vaksinlər - orqanizmə yoluxucu xəstəliklərin zəiflədilmiş və ya məhv edilmiş törədicilərinə qarşı onda qoruyucu güc yaratmaq üçün daxil edilir; zərdab - bu süni yoluxdurma vasitəsi ilə yoluxucu xəstəliklərin daşıyıcısı olan heyvanların qanının maye hissəsidir. Onun yeridilməsindən sonra immunitet çox tez zamanda yarandığından zərdabdan xəstəliklərin müalicəsi üçün istifadə edilir (Şəkil 2.24). |
||
Yoluxucu xəstəliklər qidada keyfiyyətsiz məhsulların istifadəsi zamanı baş verir. Yoluxmaya aşağıdakılar səbəb ola bilər: xəstə insanların çirkli əllərlə qidaya toxunmaları, öskürək vaxtı tüpürcək damcısının düşməsi, asqırma, yeməyin hazırlanması və qab-qacağın yuyulması üçün çirkli sudan istifadə etmək (Şəkil 2.25). |
||
Yeməyin hazırlanması, qida məhsullarının saxlanılması və ya realizə edilməsi zamanı sanitar-gigiyenik qaydaların pozulması hallarında xəstəlik törədiciləri ağcaqanadlar və gəmiricilərin köməyi ilə havadan qida məhsullarına düşür (Şəkil 2.26). |