İnfeksiya xəstə heyvanın əti və südü vasitəsi ilə, ətin doğranılması və dərinin emalı zamanı və sibir xorası və brusselyoz vaxtı insana ötürülə bilər. Gəmiricilər, həşəratlar və birələr də infeksiyaların daşıyıcısıdır (Şəkil 2.22).
Məsələn, birələr taun bakteriyaları, bitlər səpmə yatalağın bekteriyaları, siçanlar isə sarılıq və taun törədicilərinin daşıyıcıları qabiliyyətinə malikdir (Şəkil 2.23). Yoluxucu xəstəliklərin yaranması və inkişafında mikrobların fəallığı, onların miqdarı, keçmə yeri və yoluxmuş orqanizmin vəziyyəti vacib əhəmiyyət kəsb edir. Yoluxucu mikrobların orqanizmə keçirilməsi hər zaman xəstəliyə səbəb olmur. İmmunitet – bu, patogen mikroblara və ya onların zəhərlərinə qarşı insan və ya heyvan orqanizmlərinin qoruyucu funksiyalara malik olması qabiliyyətidir. |
İmmuniteti çox zəif olan orqanizm daha tez xəstələnir.
İmmunitet qanda anticismlər adlandırılan xüsusi maddələri yaradır. Mikroblar orqanizmə düşdüyü zaman müxtəlif toxumalar və orqanlarda anticismlər hazırlanır. Onlar bədənə vaksin və ya zərdab yeridilən zaman da yarana bilər.
Dəri və ağız, burun və bağırsaqların selikli qişaları mikroorqanizmlərə və onların zəhərlərinə qarşı mübarizədə qoruyucu funksiyaları yerinə yetirir. Məsələn, mədə şirəsi, göz yaşı və selik, mikroblar insan orqanizminə düşən zaman onları məhv edir.
İmmunitetin aşağıdakı növləri vardır: