Sektor modulu üzrə təlim materialı
|
Sərbəst iş üçün tapşırıqlar
|
- Qida maddələrinin əhəmiyyəti haqqında məlumat toplayın.
- Karbohidrat artıqlığı və karbohidrat çatışmazlığının insan orqanizminə necə təsir etdiyini
araşdırın.
- Zülalların insan həyatında rolunu araşdırın.
- İnsan orqanizmində həzm şirələrinin nə üçün ayrıldığının səbəbini müəyyən edin.
- Mineral maddələrin orqanizmə hansı qidalar ilə daxil olmasını yoldaşlarınızla müzakirə edin.
- Qida maddələrinin enerji proseslərinə təsirini nümayiş etdirin.
- Suyun normadan artıq istifadəsinin nəyə səbəb olduğunu öyrənin.
- Qida məhsullarının kalorililiyini müəyyən edin.