Qida (İçməli) sodası - şortəhər dadla ağ kristal tozdur. İstifadədən əvvəl soda ələkdə ələnir və ya soyuq suda həll edilir və süzülür (Şəkil 1.32). |
Şəkil 1.32. Qida (içməli) sodası
|
İçlərin və naxış yarımfabrikatlarının hazırlığı üçün tərəvəz, meyvə və giləmeyvələr istifadə edilir. İstifadədən əvvəl onlar axar suda yuyulmalı və havada qurudulmalıdır (Şəkil 1.33).
Kakao tozu - hazırlamaq üçün yağı ayrılmış kakao jmıxı xırdalanır, üyüdülür, ələnir və çəkilibbükülür. Tərkibində 5% su, 20%-ə qədər yağ, 18% nişasta və 24%-ə qədər zülali maddə olur (Şəkil 1.34). Şokolad - kakao paxlası ilə şəkərə başqa yeyinti məhsullarının qatılması ilə hazırlanan qənnadı məmulatıdır. Tərkibində 35-37% yağ olur. Şokoladdan tortların bəzədilməsində istifadə olunur. Yeyinti boyaları - şirniyyat məmulatına müəyyən rəng vermək üçün yeyinti boyalarından istifadə olunur. Əsasən, qırmızı, sarı, göy və qəhvəyi rəngli boyalar, bunların iki və ya üçünün qarışığından alınan digər boyalardan istifadə edilir. Yeyinti boyaları süni və təbii olur. |