Dördüncü qrup işçilər - ağır fiziki əməklə məşğul olan: kənd təsərrüfatı işçiləri, ağac, neft və qaz emalı sənayesi işçiləri, metallurqlar, tökməçilər, yük maşınları sürücüləri və bu kimi şəxslərdir;
Beşinci qrup işçilər - xüsusi ağır əməklə məşğul olan: mədən fəhlələri, şaxtaçılar, metallurqlar, poladəridənlər, ağackəsənlər, betontökənlər, bənnalar, qazmaçılar, malyükləyən və mexanikləşdirilməmiş işlərdə məşğul olan şəxslərdir.
İctimai-iaşə müəssisələri sferasının işçiləri menyunun tərtib edilməsi və yeməyin kalorililiyinin hesablanması ilə məşğul olduqlarına görə yaşı, cinsi, çəkisi və iqlim şəraitindən asılı olaraq müxtəlif peşə qrupları işçilərinin gündəlik enerji itkisini orta hesabla tərtib etməyi bilməlidirlər:
Qidalanmanın gündəlik rasionunun enerji dəyəri gündəlik enerji itkisi səviyyəsində olmalı və onu müəyyən etmək üçün yeməklərin tərkibinə daxil olunan ayrı-ayrı məhsulların enerji dəyəri əlavə edilməlidir (Şəkil 1.8).