Assimilyasiya və dissimilyasiya prosesləri həyatın müxtəlif dövrlərində müxtəlif şəkildə baş verir:
Maddələr mübadiləsi insanın enerji sərfi (istilik mübadiləsi və daxili orqanların işi) və qida tərkibindən asılıdır, hansı ki, enerji itkisinə cavab verməlidir.
İnsanın enerji itkiləri və plastik proseslərə cavab verən qida ilə təmin olunması üçün onun gündəlik enerji itkilərini müəyyənləşdirmək və bu itkiləri kilokalorilərlə (kilocoullarla) ölçmək əsas mübadilə və insanın fəaliyyətinin intensivliyindən asılıdır.
Əsas mübadilə - daxili orqanların fəaliyyəti üçün (ürək, ağ ciyər, qara ciyər, böyrəklər, həzm orqanları və s.) istifadə olunan gündəlik enerji itkiləri və istilik mübadiləsidir.
İnsanın əsas mübadiləsi sakit vəziyyətdə və acqarına ölçülür, 20 dərəcə otaq temperaturunda insanın çəkisinin 1 kq-na 1 kkal/saat olmaqla bərabərləşdirilir və bu göstərici eyni çəkidə olan adamlarda eyni olacaqdır.
Əmək qabiliyyətli əhalinin gündəlik enerji itkiləri bu və ya digər işlərin yerinə yetirilməsi zamanı əzələlərin fəaliyyətindən asılıdır.
Əmək qabiliyyətli əhalinin qida maddələri və bu maddələrin kalorililiyinə olan ehtiyac (zərurət) onların əmək fəaliyyətinin xarakterindən asılıdır, bununla bağlı olaraq o, işin intensivliyinin 5 qrupuna bölünür:
Birinci qrup işçilər - əqli və əsəbi gərginlikli iş tələb edən: müəllimlər, alimlər, dispetçerlər, bir sıra xidmətçi kateqoriyaları və s. şəxslərdir;
İkinci qrup işçilər - yüngül fiziki əməklə məşğul olan: tibb bacıları - sanitarlar, radio elektron və saat sənayesi işçiləri, rabitə və teleqraf sənayesi işçiləri, tikişçilər, aqronomlar, zootexniklər, sənaye mallarının satıcıları, bədən tərbiyəsi müəllimləri, məşqçilər və bu kimi şəxslərdir.
Üçüncü qrup işçilər - orta ağırlıqlı fiziki əməklə məşğul olan şəxslər: çilingər, dəzgahda işləyən fəhlələr, maşınları sazlayan fəhlələr, cərrahlar, trolleybus və tramvay sürücüləri, yüngül və yeyinti sənayesi işçiləri, kommunal-məişət xidməti işçiləri, ictimai-iaşə müəssisələrinin işçiləri (aşpaz, şirniyyatçı və ofisiant), ərzaq malları satıcıları,