Piylərin (yağların) enerji dəyəri zülallar və karbohidratların enerjisindən 2 dəfə üstündür, belə ki 1 qram piy (yağ) oksidləşdikdə 38 kc (9kkal) ayrılır.
Karbohidratların miqdarı insan orqanizmində azdır, buna görə də qidamızın təqribən 70%-ni təşkil edən karbohidratlar, əsasən, bitki mənşəli qida məhsulları ilə (yarma, kartof, paxlalar, meyvə, şəkər, bal, qənnadı məmulatları və digər şəkərtərkibli maddələr) orqanizmə daxil edilməlidir.
1 qram karbohidratın enerji dəyəri 4 kkal və ya 16,7 kc təşkil edir.
Balanslaşdırılmış qidalanma üçün məhsulların müəyyən edilməsi
Böyük adamın zülala olan 1 günlük tələbatı 100 qramdır və onların yarısını heyvan mənşəli zülallar təşkil etməlidir. İnsanın yaşı, cinsi və işinin xarakterindən asılı olaraq tələb olunan zülalın miqdarı onun çəkisinin hər kiloqramına - 1,2-1,6 qram təşkil edir.
Orqanizmdə zülalların çatışmazlığı zamanı:
Zülalın artıqlığı, həmçinin, orqanizm tərəfindən zülal hazırlanması üçün istifadə olunmayan aminturşuların artıqlığı zamanı o, enerji verərək hüceyrələrin mübadiləsi prosesində yanır; maddələr mübadiləsini çətinləşdirir; lazım olmayan miqdarda orqanizmdə yığılır.
Piylərə (yağlara) olan birgünlük tələb norması insan bədəninin 1 kq-na 1,4-2,2 qram və