- maddələr mübadiləsi, istiliyin tənzimlənməsi və başqa bioloji prosesləri nizama salır.
Orqanizmdə su mübadiləsi mərkəzi sinir sistemi tərəfindən tənzimlənir, kalium və natrium
duzlarının
mineral mübadiləsindən asılıdır.
Suda həll olan kalsium və maqnezium mineral duzlarının qatılığından asılı olaraq su yumşaq, orta
bərk, çox yumşaq, bərk və çox bərk olur.
Tərkibi, xüsusilə, çox miqdarda mineral maddələrlə zəngin olan su və mineral su adlandırılır.
Mineral maddələr - bioloji aktiv maddələr olub heyvan və
bitki toxumalarının tam çürüməsindən sonra
qalır. Onlar:
- insanın normal həyat fəaliyyəti üçün lazımlıdır;
- sümüklərin düzümündə iştirak edir;
- qələvi-turşu tarazlığını saxlayır;
- su-duz mübadiləsini normallaşdırır;
- qanın tərkibinə daxil olur;
- mərkəzi sinir sisteminin fəaliyyətinə təsir edir.
Qida məhsullarının tərkibindəki mineral maddələrin miqdarından asılı olaraq onlar şərti olaraq
aşağıdakı kimi bölünür:
- makroelementlər - insan orqanizminə 1mq/%-dən çox olmaqla vacibdir;
- mikroelementlər - insan orqanizminə az miqdarda, 1mq/%-dən çox olmamaq şərti ilə lazımdır;
- ultramikroelementlər - insan orqanizminin toxumalarında çox az miqdarda vardır.
Bundan başqa, mineral maddələr həyati əhəmiyyətli (əvəzolunmaz), bol (brom, sezium, qızıl və
gümüş) və toksiki (zəhərli) mikroelementlərə (qurğuşun, kadmium, arsen və civə) bölünür (Şəkil
1.4).
Şəkil 1.4. Mineral maddələr
Kalsium - makroelementlərə aiddir. O, sümüklər və dişlərin quruluşunda iştirak edir, ürəyin
fəaliyyətinə kömək edir, ümumiyyətlə, normal boy artımı üçün zəruri elementdir. Kalsium süd və
süd məhsulları, yumurta, çörək, paxlalılar və tərəvəzlərin tərkibinə daxildir.
Fosfor duzları - sümüklər və dişlərin formalaşması, həmçinin, mərkəzi sinir sisteminin
fəaliyyətinə təsir edir. Süd məhsulları, yumurtalar, balıq, ət, çörək və paxlalıların tərkibinə
daxildir.
Dəmir - qanın hemoqlobininin tərkibinə daxildir, orqanizmin oksidləşmə proseslərində iştirak
edir, qaraciyər, yumurta, yulaf və qarabaşaq yarmaları, çovdar çörəyi və almaların