Disaxaridlər - suda həll olunan və şirin karbohidratlardır.
Disaxaridlərə aiddir:
Monosaxarid və oliqosaxaridlər şəkər adlandırılır, çünki onlar şirin dada malikdir. Bütün şəkər maddələri aşağıda göstərilən xüsusiyyətlərə malikdir:
Polisaxaridlər - monosaxaridlərin böyük miqdarda qalıqlarından ibarət və mürəkkəb şəkərəbənzər karbohidratlardır.
Onlar suda həll olunur və şirin dada malik deyildir. Nişasta, qlikogen və sellüloza polisaxaridlərə aiddir.
Nişasta insan orqanizmində qlükozaya parçalanır və uzun müddət orqanizmin enerjiyə olan ehtiyacını təmin edir. Nişastanın mənbəyi çörək, yarmalar, makaron məmulatları və kartofdur.
Qlikogen orqanizmə çox az miqdarda daxil olur. O, ehtiyat enerji materialı qismində qlükozaya çevrilərək (qanda şəkərin miqdarının azalması zamanı) şəkərin miqdar faizini daim normada saxlayır. Qlikogen qaraciyər, ət və başqa məhsulların tərkibinə daxil olur.
Sellüloz insanın orqanizmdə həzm edilmir. Sellüloz bağırsaqların tarazlığını (sükunət halını) stimullaşdırır, xolesterini orqanizmdən kənarlaşdırır, faydalı bakteriyaların inkişafı üçün şərait yaradır və həzmi yaxşılaşdırır. Sellüloz bitki mənşəli məhsulların tərkibində olur.
Pektin maddələri orqanizmə tərəvəz və meyvələrlə daxil olur. Onlar həzm prosesini stimullaşdırır və orqanizmdən zərərli maddələrin çıxarılmasına kömək edir. Su qidanın əsas elementidir. Onun tərkibinə oksigen və hidrogen daxildir (Şəkil 1.3). Su insanın orqanizmində:
|