tərəfindən onların həzm olunmasının əsasını təşkil edir. Bu halda müxtəlif aminturşulardan yeni
zülallar sintez olunur.
Əsas qida maddələrinə, həmçinin, yağlar da aid edilir.
Yağlar - mürəkkəb üzvi birləşmələr olub aşağıdakılardan ibarətdir (Şəkil
1.2):
- qliserin;
- yağ turşuları – tərkibi karbon, hidrogen və oksigendən ibarətdir.
Şəkil 1.2. Yağlar
Yağların əhəmiyyəti qidalanma zamanı müəyyən edilir:
- yüksək kalorililik;
- mübadilə prosesində iştirak;
- qidanın dad keyfiyyətinin yaxşılaşdırılması;
- qidanın qida dəyərinin artırılması;
- A və D vitaminlərinin həll edilməsi və yaxşı həzm olunması;
- orqanizmin skleroza qarşı təsirə malik olan və yağ mübadiləsi və hormonların sekresiyasına
təsir
qabiliyyəti olan bioloji aktiv maddələrlə (fosfolipidlər (lesitin), tokoferol (E vitamini),
sterinlər və s.) təchiz olunması;
- enerji mənbəyi və plastik material kimi istifadə edilməsi.
Heyvan mənşəli yağlar 70%, bitki mənşəli yağlar isə 30% təşkil edir.
Yağ göndərənlər bunlardır:
Yağ turşuları bölünür:
-
Doymuş yağ turşuları - başqa maddələri özündə birləşdirmir, çünki sərbəst əlaqələrə malik deyildir;