Bu stansiya avtomatik və əl tipli yanğın detektorlarından verilən yanğın haqqında siqnalların qəbulu və qeydiyyatı üçün nəzərdə tutulmuşdur. Yanğına qarşı avtomatik qurğuların işi və saz olmasına daim nəzarət lazımdır. Dəstələr və komandaların yanğın avadanlığı müasir yanğınsöndürmə texnikası vasitələrindən komplektləşdirilir. Yanğının söndürülməsi üçün döyüş avadanlığı və təchizat mexanikləşdirilmiş alətlər, yanğın qolları, hidrantlar, sütunlar və nərdivanlardan ibarətdir.
Yanğınların söndürülməsi üçün istifadə edilən yanğın nasosları - porşenli, rotasiyalı, şırnaqlı və mərkəzdənqaçanlara bölünür. Köpüklü söndürmə vasitələri, cihazları və qurğuları köpüyün alınması üçün istifadə edilən cihaz və aparatlar, odsöndürənlər və odsöndürən stasionar qurğulardır.
Müəssisələrdə, xüsusilə, yanğın kranlarının olmadığı yerlər mürəkkəb mexanizmlərlə yanaşı, eyni zamanda hidropultlardan istifadə edilir. Hidropult 15 litrlik vedrədən ibarətdir. Vedrədə 150 bucaqla nasos qurulur. Nasos tozlandırıcının vasitəsilə 10 metrəyə qədər uzunluqla şırnağı vurur. Hidropultdan yanğınların söndürülməsi üçün istifadə etmək olar.
Müəssisədə yanğınların söndürülməsi üçün daxili yanğın kranlarından istifadə edilir və onlar görünən və əlçatan yerlərdə - dəhlizlər və nərdivan meydançalarında qurulur. Yanğın kranının qapıcığında işarələr olmalıdır:
YK №35 423-78-35;
YК – yanğın kranı;
№ 35 – sıra nömrəsi;
423-78-35 – ən yaxın yanğınsöndürən bölmənin telefon nömrəsi.
İlk tibbi yardımın göstərilməsi
İstehsalatda istənilən bədbəxt hadisə və travma vaxtı zərər çəkəni təcili müalicə müəssisəsinə (xəstəxana, poliklinika, travma məntəqəsi və s.) çatdırmaq lazımdır. Əgər o, şüursuz vəziyyətdədirsə, dərhal təcili tibbi yardım çağırmaq lazımdır. Təcili yardım həkiminin gəlməsinə qədər zərərçəkmişə ilk yardım göstərilir. İlk yardımın göstərilməsi vaxtı müvəffəqiyyətin əsas şərti hərəkətlərin tezliyi, diribaşlıq və ilk yardımı göstərən insanın bacarığıdır.
Elektrik cərəyanı ilə zədələnmə vaxtı ilk yardımın göstərilməsi
Çeviricinin və ya söndürənin köməyi ilə elektrik qurğusu tez söndürülür. Əgər zərərçəkən hündürlükdədirsə, onun düşməsi təhlükəsizləşdirilir. Bunun üçün 3x4 metr brezent götürülür, brezentin künclərinə birlikdə girişilir və mümkün düşmənin yerinə yaxınlaşılır. Əgər elektrik qurğusunu söndürmək olmazsa, zərərçəkmiş çubuq, taxta, rezin xalça, dielektrik əlcəklər və ya başqa elektrik cərəyanı keçirməyən və quru predmetdən istifadə edərək cərəyanı keçirən hissələrindən azad edilir. Əgər zərərçəkmiş məftili əldə qıc olmuş halda sıxırsa, məftil balta və ya başqa taxta qulplu kəsən alətlə qırılır. Zərərçəkmişi cərəyan keçirən hissələrdən azad etdikdən sonra o, gərginlik zonası və geyimindən dartaraq çıxarılır. Əgər zərərçəkmiş şüursuz vəziyyətdədirsə, ona tam sakitlik təmin etmək lazımdır. Bunun üçün onun nəfəsi və nəbzi fasiləsiz izlənilir və təcili yardım çağırılır. Əgər zərərçəkmiş şüursuz vəziyyətdədirsə, amma onun nəfəsi və nəbzi davamlıdırsa, o düz və rahat yerləşdirilir, geyimi açılır, təmiz hava təmin edilir və naşatır spirti iyləməyə verilir.
Təcili yardım çağırılır. Həkimin gəlməsinə qədər onun bədəni ovxalanılır və qızdırılır.