Şirniyyat məmulatlarının hazırlanması
dərəcədə təsir edir. Ədviyyatları kip bağlanmış qablarda, hər növünü ayrıca saxlayırlar, çünki onlar öz ətrini asanlıqla ötürürlər.

Darçın - Çin kassiyası sinfindən olan bir çox ağac növlərinin budaqlarının qurudulmuş qabığıdır. Onlar tərkibində efir yağlarının mövcudluğu (3,5- 5%) səbəbindən acıtəhər dada və ədviyyat ətirinə malik olur. İaşə müəssisələrinə toz və ya qabığın xırdalanmış tikələri halında çatdırılır. Darçın kif və başqa yad qoxulara malik olmamalıdır. Darçını bəzi xəmir növlərinə və içliklərə əlavə edirlər (Şəkil 1.21).

Pryaniklərin və meyvəli içliklərin hazırlanması üçün mixəkdən istifadə edirlər.

Mixək - tropik ağacın qurudulmuş gül tumurcuqlarıdır. Tərkibində 14%-ə qədər efir yağları olur. Mixəyin dadı acı, güclü ətirlidir. Qənnadı sənayesi müəssisələrinə mixəyi üyüdülmüş və bütöv halda, xüsusi qablaşdırmalarda gətirirlər (Şəkil 1.22).

Pryaniklərin hazırlanması üçün ətirli istiotdan istifadə olunur. Ətirli istiot - tropik ağacın yumru formalı, 3-8 millimetr diametrli, tünd-qəhvəyi rəngli qurudulmuş meyvələridir. Ətri darçın, mixək və ya muskat qozunu xatırladır, dadı - acıdır. Tərkibində - 4%-ə qədər efir yağları vardır.

Pryaniklərin hazırlanması zamanı həmçinin qara istiotdan istifadə edilir. Qara istiot - istiotlar fəsiləsindən olan tropik liananın bütöv halda qurudulmuş yetişməmiş meyvələridir. Forması - yumru, diametri - 3-5 millimetr. Dadı - acı, efir yağların miqdarı 98%-ə qədər. Tünd rəngli, bərk, ağır, suda batan istiot ən yaxşı növ hesab edilir.

Un məmulatlarının ətirləndirilməsi üçün muskat qozundan istifadə edirlər. Muskat qozu - tropik muskat ağacının yumurtaşəkilli meyvəsinin özəyidir. Muskat qozu özünəməxsus ətrə və acı dada malikdir. Muskat qozunun tərkibində 4% efir yağları mövcuddur (Şəkil 1.23).

Şəkil 1.21. Darçın
Şəkil 1.22. Mixək
Şəkil 1.23. Muskat qozu

Pryanik xəmirinin ətirləndirilməsi üçün üyüdülmüş badyan əlavə edirlər. Badyan - badyan fəsiləsindən həmişəyaşıl bitkinin qurudulmuş meyvələridir. Tərkibində 5% -ə qədər efir yağları mövcuddur. Dadına və qoxusuna görə cirəni xatırladır. Dadı şirintəhər, azca acıdır, özünəməxsus ətrə malikdir.