Sahibkar bədbəxt hadisədən zərər çəkmişə müalicə, protezləmə, nəqliyyat vasitələrinin əldə edilməsi, qulluq üzrə xərclər və tibbi rəyə əsasən sosial və tibbi yardımların digər növlərini ödəyir. Qadınları ağır, zərərli və ya təhlükəli şəraitli yeraltı işlərdə işlətmək, həmçinin, normadan ağır yüklərin qaldırılması və yer dəyişdirilməsi üçün cəlb etmək qadağandır. 18 yaşından yuxarı kişilər üçün – 50 kq.
Zərərli və təhlükəli şəraitdə işləyənlər üçün pulsuz xüsusi geyim və ayaqqabı verilir. "Əməyin qorunması haqqında" Qanunun 18-ci maddəsinə əsasən işçinin vəzifələri: əməyin qorunması üzrə normativ aktların tələblərini bilmək və yerinə yetirmək; maşın, mexanizm və avadanlıqlarla rəftar üzrə qaydalar və təlimatları bilmək; kollektiv və fərdi müdafiənin vasitələrindən istifadə etməyi bacarmaq; əməyin qorunması məsələləri üzrə daxili əmək və kollektiv müqavilə qaydalarına riayət etmək; müəyyən edilmiş qaydada tibbi müayinələrdən keçmək; bədbəxt hadisələr, zədələnmələr və peşə xəstəliklərinin qarşısının alınması üçün gücü çatan işləri görmək; əməyin təhlükəsiz və zərərsiz şəraitinin təşkilatı məsələrində müəssisənin sahibi ilə əməkdaşlıq etmək; təhlükə haqqında rəhbərliyi xəbərdar etmək. Əməyin qorunması üzrə qanunverici və normativ aktların pozulmasına və dövlət nəzarət orqanları və həmkarlar ittifaqlarının nümayəndələrinin vəzifəli şəxslərinin fəaliyyəti üçün maneələrin yaradılmasına görə Mülki və Cinayət məcəllələrinə əsasən günahkar rəhbərlər intizam, inzibati, maddi və cinayət məsuliyyətinə cəlb edilirlər.
İşə qəbul prosesində bütün işçilərə əməyin qorunması və bədbəxt hadisələrdən zərər çəkmişlərə ilkin yardımın göstərilməsi məsələləri üzrə təlimat keçilir. Təlim xüsusi təlimat üzrə aparılır.
Təlimat – maşınlar və avadanlıqların istismarı vaxtı təhlükəsiz iş metodlarını müəyyən edən normativ sənəddir. Əməyin qorunması üzrə təlim, təlimat və biliklərin yoxlanması keçirilməmiş şəxslərin işə buraxılması qadağandır! Aşağıda təlimatların növlərinə nəzər salaq:
Giriş – işə qəbul vaxtı və işin başlanğıcına qədər aparılan ümumi təlimatdır;
İlkin – ilk dəfə iş yerində aparılır. İşə qəbul vaxtı və ilkin təlimatın keçməsindən sonra işçi təcrübə dövrünü keçməlidir;
Təkrar – bütün işçilərə kvartal üzrə müəyyən edilmiş vaxtda öz peşəsi üzrə keçilir;
Plandan kənar – əməyin qorunması qaydaları dəyişikliklərlə, texnoloji avadanlıqlarla və bədbəxt hadisələrlə əlaqədar keçirilir. İşçinin yaralanmalar, zədələnmələr və ya bədbəxt hadisələr nəticəsində iş vaxtı iş qabiliyyətinin itirilməsi (müvəqqəti, ya daimi) istehsalat zədələnməsi adlandırılır. Məsələn, yaralanma, zərbə, sınıq, yanıq və elektrik cərəyanı ilə zədələnmə. İstehsalat zədələnməsinə gətirib çıxara bilən əsas amillər bunlardır: kəsici iş alətləri, maşınların hərəkət hissələri, düşən yüklər, alov, buxar, avadanlığın cərəyan keçirən hissələri, mexanizm və maşınların kəskin küncləri, əyri qıraqları və üstləri. Beləliklə, işin təhlükəsizliyi - işçilərə təhlükəli və zərərli istehsal amillərinin təsirini istisna edən iş şəraitidir.
İşçinin (müvəqqəti və ya daimi) sağlamlığını pisləşdirən, təhlükəli və zərərli istehsalat amillərinin orqanizmə təsiri - peşə xəstəlikləri adlandırılır. Peşə xəstəlikləri istehsalat zədələnməsindən fərqli olaraq dərhal deyil, tədricən və işləyənin orqanizminə zərərli