17. Qənnadı sexlərində müxtəlif növ bıçaqlardan istifadə edilir: düz və balaca – meyvələr üçün, dişli və uzun – korjların kəsilməsi üçün, yumru – mastika və marsipanın kəsilməsi üçündür (Şəkil 2.15).
Yadda saxlamaq lazırmdır ki, inventar, qab-qacaq və alətlər dəstindən istifadə vaxtı sanitariya, gigiyena və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək lazımdır.
Bədbəxt hadisələrin baş verməməsi üçün şirniyyat sexinin işçiləri istilik və mexaniki avadanlığı öyrənməli və istehsalat müdirindən praktiki təlimatı almalıdırlar. Şirniyyat sexinin hər işçisi istilik və mexaniki avadanlıqla istifadə qaydaları üzrə texminimum almalıdır. İstilik avadanlığında iş vaxtı təhlükəsizlik texnikası və işçi zonasında onun istismarı qaydaları asılmalıdır:
1. Sexdə döşəmə sürüşkən olmayan, çıxıntılarsız və bərabər səviyyədə olmalıdır. Sexdə