6. Şirniyyat məmulatlarına yumurta ağını çəkmək və ya yağla yağlamaq üçün şotkalardan
(fırçalardan) istifadə edilir. Təbii tükdən düzəldilən yastı şotkalar daha rahatdır.
Şotkaların əsas parametrləri belədir: uzunluğu – 240 mm, eni – 70 mm, qalınlığı – 5
mm, tükün uzunluğu – 45 mm və kütləsi - 0.1 kq-dan artıq olmamalıdır (Şəkil
2.6);
|
|
Şəkil 2.6. Şirniyyat fırçası
|
7. Xəmirdən hazırlanan şirniyyat məmulatlarının istehsalı üçün xəmir
üçün qəliblərdən
istifadə edilir. Bu qəliblər 0.4-0.5 mm. qalınlığında ağ tənəkədən hazırlanır və
birləşmələr qida qalayı ilə lehimlənir. Qəliblər düz və büzmələnmiş kəsən kənarı ilə
istehsal edilir. Həmçinin, istifadə etmək daha rahat olduğuna görə basmaqəlib tipli
qəliblərdən istifadə edilir (Şəkil 2.7);
|
|
Şəkil 2.7. Şirniyyat üçün qəliblər
|