4. Bişirməyə qədər məmulatların saxlanılması üçün metaldan hazırlanmış bortsuz və 20 mm. hündürlüklə bortlu şirniyyat listlərindən istifadə edilir. Bortsuz listlər ikiyanlı və üçyanlı ola bilər (Şəkil 2.4);
5. Şirniyyat sexlərində pasta halında olan məhsulların qarışdırılması üçün taxta kürəkciklərdən geniş istifadə edilir. Bu kürəciklər yarpaqlı ağacların cinslərindən hazırlanır və ölçülərindən asılı olaraq beş tipdə ola bilər. Kürəkciklərin ölçüləri - 1200 mm-dən 400 mm-ə qədərdir (Şəkil 2.5);