Şirniyyat sexinin avadanlıqlarından xammal və yarımfabrikatların emalı, yarımfabrikatların hazırlanması və hazır şirniyyat məmulatları üçün istifadə olunur. Şirniyyat sexinin avadanlıqlarına xəmirin hazırlanması və emalı (yoğurmaq, yaymaq və doğramaq üçün), şirniyyat məmulatlarının bəzədilməsi, hopdurulması və bişirilməsi üçün istifadə edilən inventarlar aid edilir. Şirniyyat istehsalında istifadə olunan inventarın növlərinə nəzər salaq:
1. Kremin çalınması üçün çalma taclarından krem, qaymaq, yumurtalar və sairənin çalınması üçün istifadə edilir. Çalma tacı taxta qulp və 1 mm. diametrlə paslanmayan məftillərdən istehsal edilmiş çalmacıkdan ibarətdir. Çalma tacları iki ölçüdə olur: böyük (115 mm. diametrdə) və balaca (7-8 mm. diametrdə) (Şəkil 2.2);
2. Torbalı şirniyyat ucluqlarından kremli şirniyyat məmulatlarının bəzədilməsi üçün istifadə olunur. Ucluqlar konusşəkilli formaya malikdir və ağ tənəkədən 0,35-0,5 mm qalınlıqla hazırlanır, torbalar isə ağardılmış pambıq parçadan tikmə yolu ilə hazırlanır (Şəkil 2.3);
3. Şirniyyat şprislərindən kremli şirniyyat məmulatlarının bəzədilməsi üçün istifadə edilir. Onlar metal və ya plastmasdan hazırlanır. Şprislərin tutumu - 600 ml-ə qədərdir.