Alət və avadanlıqların təhlükəsizlik qaydalarına uyğun istifadəsi
Təhlükəsizlik qaydalarına uyğun iş prosesini təşkil etmək üçün texnoloji prosesin mərhələləri öyrənilməlidir. Bu mərhələlər aşağıdakılardır: xammalın saxlanması və hazırlanması, naxış üçün yarımfabrikatların, içlərin hazırlanması və yoğrulması, bişirmə, emal və hazır məmulatların qısa müddətli saxlanılması. Məhsulların bir günlük ehtiyat anbarının avadanlığına nəzər salaq. Burada yeşiklər, stellajlar qurulur, soyutma kamerası ilə təchiz edilir. Ərzaqların çəkilməsi üçün tərəzi və ölçmə qab-qacağı istifadə edilir.
Resepturanın, bir rənglə və rənglərin sadə birləşməsiylə etalon üzrə trafaret şəkilin çəkilməsiylə tortların, pirojnaların və başqa şirniyyat məmulatlarının hazırlanma texnologiyasına fikir verilməlidir.
Nəzərə alınmalıdır ki, anbarda xammalın istehsala hazırlığı - duzun, şəkərin həll edilməsi və bölünməsi, mayanın acıması (qabartması), yağın təmizlənməsi, qablaşdırmaların açılması və s. həyata keçirilir.
Xəmir yoğurma yeri müxtəlif tutumlu çəlləklərlə xəmir yoğuran maşınlarla təchiz edilir. Xəmir ardıcıllıqla - əvvəlcə ən qısa dövrəylə - yağlı, sonra - mayalı yoğrulur.
Xəmirin yoğrulması xəmir qarışdıran maşında həyata keçirilir. Xəmirin tərkibinə daxil olan ərzaqlar çəlləyə qoyulur, sonra maşına diyirlədilir və xəmir yoğrulur (Şəkil 2.1).
Yoğurmadan sonra mayalı xəmirin qıcqırması üçün yüksək temperatur lazımdır (35 – 450), buna görə də çəllək şirniyyat sobalarına yaxın qoyulur. Xəmirin başqa növləri aşağı temperaturda yoğurulur. Nəzərə alınmalıdır ki, xəmir mayanın və xəmirin qıcqırması üçün