Kremlə bəzədilmiş məmulatların saxlanma şəraiti və müddəti
Kremlə bəzədilmiş məmulatları hazır olduqdan sonra dərhal ticarət şəbəkəsinə çatdırmaq lazımdır (Şəkil 1.3).
Ticarət müəssisələri məmulatların +4 ... +60S temperaturda saxlanmasını təmin etməli və onları müəyyən edilmiş müddət ərzində reallaşdırmalıdırlar. Dəm kremi ilə hazırlanmış məmulatları 6 saat ərzində; əsas yağlı krem ilə hazırlananları 36 saat ərzində; qaymaqlı kremlər ilə hazırlananları 7 saat ərzində; tərkibində yumurta ağı olan kremlərlə hazırlananları 72 saat ərzində saxlamaq olar.
Əgər ticarət müəssisəsi soyuducu avadanlığa malik deyilsə, belə müəssisələrdə dəm və qaymaqlı krem ilə hazırlanan məmulatları satmaq olmaz. Yağlı və digər kremlər ilə hazırlanmış məmulatlar isə 12 saat ərzində reallaşdırılmalıdır.
Temperatur, rütubət və havanın hərəkət sürəti iş prosesində insanın orqanizminə təsir edir. Yüksək temperatur insanın orqanizmini yorur, su-duz mübadiləsini artırır, aşağı temperatur və havanın yüksək hərəkət sürəti isə qan dövranının nasazlığına gətirib çıxarır və revmatizm, qrip və tənəffüs yolları xəstəliklərinin inkişafına səbəb olur. İş yerlərində optimal hava temperaturu 170C-250C dairəsində tənzimlənir və ilin isti dövründə havanın nisbi rütubəti 30-60%, soyuq dövründə isə 75%-dən çox olmayan həddə reqlamentləşdirilir.
Təbiətdə adi gözlə görünməyən və mikroblar adlandırılan canlı orqanizmlər mövcuddur. Mikroblar təbiətdə geniş yayılmışdır və onların böyük hissəsi torpaq, su və havada mövcuddur. Unlu şirniyyat məmulatları, xüsusilə, kremlər mikroorqanizmlərin inkişafı üçün yaxşı mühitdir. Mikroorqanizmlər aşağıdakı qruplara bölünür:
Bakteriyalar – təkhüceyrəli mikroorqanizmlərdir. Bu mikroorqanizmlər məhsulların xarab olmasına səbəb ola bilər (mürəbbənin qıcqırması, kremin xarab olması və s.) (Şəkil 1.4)