2.
Pest control – problemli canlı orqanizmlərin - ziyanvericilərin mübarizəsinə
əsaslanmış fəaliyyət planı
3.
Deratizasiya -Insanlara epidemiyoloji və iqtisadi ziyan verən gəmiricilərin məhv
edilməsidir.
Şəxsi gigiyena qaydaları və sanitar normalara riayət olunması üçün həm müəssisənin rəhbər
heyəti, həmdə işçilərin üzərinə bəzi məsuliyyətlər düşür.
Müəssisənin rəhbəri təmin etməyə borcludur:
- Hər bir işçini sanitar geyimlə təmin etmək;
- Xadimələr üçün kifayət qədər invertar, yuyucu və dezinfeksiya edici maddələrlə təmin
etmək;
- Sistematik olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmasını təşkil
etmək;
- Sanitar təlimlərin həyata keçirilməsini təmin etmək;
- İşçilərin tibbi baxışdan keçirilməsini təmin etmək.
Müəssisədə işləyən personal borcludur:
- İşə səliqəli və təmiz geyimdə gəlmək;
- İşə başlamazdan öncə yuyunmaq, təmiz sanitar geyimi geyinmək. Sanitar geyimdə düymə
olmamalıdır.
Sanitar geyimin sancaq, iynə ilə bərkidilməsinə qətiyyən yol verilmir. Sanitar geyimin
ciblərində
siqarət, sancaq, pul və s. saxlamaq olmaz. Zinyət əşyalarında istifadə etmək olmaz. Geyim
bağlı
olmalıdır. Ayaqqabılar bağlı olmalıdır;
- Əllərin və üzlərin təmizliyinə riayət etmək lazımdır. Dırnaq boyası olmamalı və qısa
kəsilməlidir;
- İstehsalat sahələrində qida qəbul etmək və siqarət çəkilmək qəti qadağandır;
- Əlcəkdən istifadə edilən zaman əlcəklər təmiz olmaldır;
- İşlərin görülməsi zamanı xammal, yarımfabrikat və eləcədə hazır məhsula kənar maddələrin
düşməsinin qarşısını almalıdırlar;
- Mətbəxdə iş zamanı fərdi mühafizə vasitələrindən istifadə etməlidir;
- İş zamanı çarpaz bulaşmaya səbəb yaratmamalı;
- İşlədiyi sahəni təmiz saxlamağa çalışmalıdır.
Statistikaya görə insanın əllərində 100-1.000 ədəd/sm² mikrob vardır.
Bu səbəbdən işçilər iş yerlərində və ya digər yerlərdə aşağıdakı qaydalara uyğun əllərini
yuyub-qurudub (Şəkil 1.1), dezinfeksiya etməlidir (Şəkil 1.2).