Mətbəx sahələrində işləyən personal şəxsi gigiyena qaydalarına riayət etməklə həm özünün, həmdə xidmət etdiyi müştərilərin sağlamlığını təmin etmiş olur. Sanitar normalarının tətbiq edildiyi iş mühiti və gigiyena qaydalarına riayət edən personal çarpaz və ya digər bulaşma ilə mikroorqanizmlərin qidaları çirkləndirməsinin qarşısını alır. Çünki gözlə görünməyən, insan sağlamlığına bir-başa müxtəlif cür təsir göstərən mikroorqanizmlər sanitar normalara uyğun olmayan mühitdə daha sürətlə çoxalır və yayılır.
Məhsuldan müxtəlif xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün qənnadçı şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Bədən və əllərin dərisinin təmizliyi xüsusi sanitar əhəmiyyətə malikdir. Əllərin təmiz saxlanması – sanitariyanın əsas tələblərindən biridir. Əlləri işə başlanmazdan əvvəl, onlar çirkləndiriləndə, bir əməliyyatdan başqasına keçəndə, həmçinin, hər dəfə tualet otağına baş çəkdikdən sonra yumaq lazımdır.
Dırnaqlar həmişə qısa kəsilmiş olmalı və dırnaqların altında kir yığılmasına yol verilməməlidir. Kir – mikrobların inkişafı üçün əlverişli mühitdir. Saçların qida məhsullarına düşməməsi üçün onları papaq, ləçək və beretin altına salmaq lazımdır. Kişilərdə saçlar qısa qırxılmış olmalıdır. Şirniyyat sexində işçi rahat, təmiz və səliqəli sanitar geyimdə və saçı örtülü olmalıdır. Ayaqqabı rahat olmalıdır, orta ölçünün dabanında sürüşkən altlıq qadağandır. Müəssisədən kənara sanitar geyimdə çıxmaq olmaz. Sanitar geyimi fərdi istifadənin xüsusi qarderoblarında saxlanır, daim yuyulur və vaxtaşırı dezinfeksiya edilir.
Sanitar geyimi üst geyimlə birlikdə saxlamaq olmaz. Tualetə baş çəkməmişdən əvvəl xələti çıxarmaq, tualetdən çıxandan sonra əlləri xüsusi məhlullarla dezinfeksiya etmək və sabunla yumaq, sonra isə sanitar geyimi yenidən geyinmək lazımdır. Şirniyyat sexinin hər bir işçisi sanitar-epidemioloji stansiya tərəfindən təyin edilmiş müddətlərdə üç aydan bir vərəmə görə müayinə və hər il bakterial sterilliyə görə tibbi yoxlamadan keçirilməlidir. Tibbi müayinənin məqsədi yoluxma xəstəliyi olan və ətrafdakılar üçün təhlükə yaradan adamları un-şirniyyat məmulatları istehsal edən müəssisəyə buraxmamaqdır. Tibbi müayinənin məqsədi yoluxma xəstəliyi olan və ətrafdakılar üçün təhlükə yaradan adamları un-şirniyyat məmulatları istehsal edən müəssisəyə buraxmamaqdır.
Qida istehsalı ilə məşğul olan mətbəx sahələrində personalın şəxsi gigiyenası və sanitar normalara uyğun iş sahəsinin təşkili üçün aşağıdakı işlər tətbiq olunmalıdır:
Dezinfeksiya – mikrobların məhv edilməsinə yönəldilmiş tədbirlər kompleksidir. Dezinfeksiya üçün əsasən, xlorun 0,2-0,5%-i məhlulu və xloraminın 0,5-1%-i məhlulundan istifadə edilir. Avadanlıq, inventar və alətlər işdən sonra hər gün təmizlənir və sanitar-epidemioloji stansiya orqanları tərəfindən icazə verilmiş yuyucu vasitələr tətbiq etməklə isti su ilə yuyulur. Həftədə bir dəfə müəssisələrin işçiləri alətlər və avadanlığı dezinfeksiya edirlər. Bu halda dezinfeksiya olunmalı bütün predmetlər 30 dəqiqə boyunca 0,5%-li xlor əhənginin məhlulu ilə silinir və sonra isti su ilə yuyulur və qurudulur. Təmizləmə üçün inventar (vedrə, şotka və taslar) damğalamaya malik olmalı və xüsusi ayırılmış yerdə saxlanılmalıdır. Bu yer həftədə bir dəfə 10%-li xlor əhənginin məhlulu ilə dezinfeksiya olunur.
Tualet otaqlarının təmizlənməsi üçün inventar ayrı saxlanır, ondan başqa yerlərin təmizlənməsi üçün istifadə etmək olmaz.