Avadanlıq, inventar və qab-qacağa qoyulan tələblər
Kiçik ölçülü inventarlar (kürəkciklər, bıçaqlar, çəngəllər, qaşıqlar) növbədə bir dəfədən az olmayaraq, 20 dəqiqə ərzində, bu məqsəd üçün xüsusi olaraq nəzərdə tutulmuş temperaturda yuyulur. Bu inventar ventilyasiya üçün dəlikləri olan inventar şkafda saxlanmalıdır.
Bilmək lazımdır ki, həftədə bir dəfə bütün avadanlıq və inventar dezinfeksiya edilməlidir. Döşəmə 2%-li xlorlu əhəng məhlulu ilə dezinfeksiya edilməli, divarlar isə, 0,5%-li qələvi məhlulu ilə yuyulmalıdır.
Yadda saxlamaq lazımdır ki, məmulatların ticarət şəbəkəsinə daşınması üçün nəzərdə tutulmuş dövriyyə tarasını sex tarasından ayrı, 0,5%-li dehidratlaşdırılmış soda məhlulu ilə yuyur, sonra temperaturu 600S-dən aşağı olmayan isti su ilə yaxalayır və qurudurlar.
Bütün iş yerləri kranlarla gələn soyuq və isti suyu olan əlüzyuyanlarla təchiz olunmalıdır. Əlüzyuyanın yanında sabun və müxtəlif dezinfeksiyaedici məhlullar olmalıdır.
Qənnadı torbalarından istifadə zamanı sanitariya tələbləri
Tort və pirojnalara kremdən naxışların çəkilməsi üçün istifadə olunan sıx parçadan və ya plastikdən hazırlanmış və dəyişdirilən metal borucuqlarla təchiz edilmiş qənnadı torbaları xüsusi təmizlikdə saxlanmalıdır. Torba növbəti gün istifadə olunduğu təqdirdə, burada qalmış hətta kiçik krem qalıqları belə, təzə kremin bakterial çirklənməsinə gətirib çıxara bilər. Buna görə qənnadı torbaları termik emaldan keçməlidir.
Kremlə olan bütün əməliyyatları (qarışdırılması, torbaya və ya başqa qaba qoyulması və s.) kürəkcik və ya qaşıqdan istifadə edərək yerinə yetirmək lazımdır.
Yarımfabrikatlar olan qaşıq, qazan və başqa inventarı bilavasitə döşəməyə qoymaq qadağandır. Yerə düşən məmulat sanitar qüsuru olan hesab edilir və istehsalda istifadə olunmur. Sanitar qüsuru olan məmulatı üzərində "Sanitar qüsur" yazısı qeyd edilmiş xüsusi yeşiklərə qoyulur. Müəyyən edilmiş vaxtda satılmayan və bu səbəbdən ticarət şəbəkəsindən qaytarılmış məmulatları başqa yerdə çeşidlərə ayırırlar.
Bu cür məmulatların istifadəsinin mümkünlüyü və istifadə üsulu haqqında qərarı sanitar nəzarət orqanı müəssisə laboratoriyası ilə birlikdə qəbul edir.
Şəxsi gigiyena qaydaları
Gigiyena – sağlamlığın təmin olunması məqsədi ilə sanitar prinsipləri izah edir.
Şəxsi gigiyena – insanların bədənlərinin təmizliyindən bəhs edir.
Mətbəx sahəsində qida istehsalı ilə məşğul olan personalın keyfiyyətli və təhlükəsiz qida ərsəyə gətirməsi üçün qida istehsalı sahəsində sağlam iş mühütünün yaradılması, işçilərin şəxsi təmizliyi və sanitar qaydalara riayət etməsi vacibdir.
Şəxsi gigiyena qaydalarına riayət etmək və sağlam iş mühütünün təşkil olunması həm